L.Həmilton və K.Kobayaşi azarkeşlərlə görüşəcəklər

Formula1 komandalarının assosiasiyası (FOTA) azarkeşlərlə görüşlər təşkil edir. Kanadada Formula1 həvəskarlarının suallarına Martin Uitmarş, Erik Bulye, Adam Parr və digər […]

Formula1 komandalarının assosiasiyası (FOTA) azarkeşlərlə görüşlər təşkil edir. Kanadada Formula1 həvəskarlarının suallarına Martin Uitmarş, Erik Bulye, Adam Parr və digər komandaların nümayəndələri cavab evriblər, iyunun 30-da McLaren-in Uokinqdəki bazasında növbəti görüş keçiriləcək.

Bu dəfə görüşü üç hissəyə ayırmaq qərara alınıb. Martin Uitmarş, Ross Braun, Qrəhəm Loudon və Robert Förnli Formula1-in baxımlılığını artırmaq barədə disput keçirəcəklər. Paddi Lou, Ceyms Əllison və Pol Monahan texniki sualları cavablandıracaqlar, Lyuis Həmilton və Kamui Kobayaşi isə azarkeşlərlə sürücülərin işi barədə danışacaqlar.

Tədbirə qatılmaq üçün FOTA-nın ünvanına məktub göndərmək lazımdır – xüsusi səhifədə təfərrüatlarla tanış ola bilərsiniz…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*