FOTA komandaların birgə təqdimat mərasimini müzakirə edir

FOTA məsrəflərin azadılması üzrə işini davam etdirir. Son illər hər bir komanda mövsümün əvvəlində yeni maşının fərdi təqdimat mərasimini keçirir, […]

FOTA məsrəflərin azadılması üzrə işini davam etdirir. Son illər hər bir komanda mövsümün əvvəlində yeni maşının fərdi təqdimat mərasimini keçirir, jurnalistlər və komandanın qonaqları ya bazaya, ya da ictimai yerlərə dəvət olunurlar, hər bir belə tədbir kifayət qədər baha başa gəlir və FOTA təklif edir ki, bütün təqdimat mərasimləri eyni bir vaxtda keçirilsin – qış testlərinin başlanğıcının ilk günündə.

Belə bir praktikadan DTM-də istifadə olunur və komandaların Düsseldorfda təqdimatı seriyanın yarışlarından maraqlı olur. FOTA azarkeşlər üçün belə tədbiri açıq təşkil etmək istəyir və hətta teleyayımını da düşünür.

Əgər məsələ müsbət həll olunarsa, onda gələn ilin əvvəlində ilk belə tədbiri izləyə bilərik, həm də tədbrinin xərclərinin bir hissəsini mərasimi keçirən şəhərin üzərinə düşə bilər. FOTA-nın vitse prezidenti Con Hauett bu məsələnin müzakirə oldunduğunu təsdiq edib…

Con Hauett: “Ümumi təqdimat mərasimi məsələsi həqiqətən müzakirə olunur. KİV nümyəndələri bütün mərasimlərə düşə bilmirlər, həm də idman üçün yaxşı olardı – komandalar məsrəfləri azaltmaqla maraqlı tədbir keçirərdilər.

Amma çox çətin məsələdir, çünki bütün maşınların eyni bir vaxtda hazır olması şərtdir, amma məsələ ciddi müzakirə olunur və ümid edirik ki, artıq gələn il ilk belə mərasim keçiriləcək.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*