L.Həmilton Sutilin məhkəməsində şahidlik edəcək

Biz artıq xəbər vermişdik ki, yanvarın 30-31-də Münhendə Adrian Sutil məhkəmə qarşısında duracaq və keçən il Çin Qran Prisindən sonra […]

Biz artıq xəbər vermişdik ki, yanvarın 30-31-də Münhendə Adrian Sutil məhkəmə qarşısında duracaq və keçən il Çin Qran Prisindən sonra Şanxayın M1NT gecə klubunda Lotus komandasının həmsahibi Erik Lyuksa bədən xəsarətləri yetirmə ittihamlarına cavab verməli olacaq.

Bu məsələ qaldırılan gündən bəlli idi ki, Lyuis Həmilton şahid kimi məhkəməyə cəlb olunacaq və bu gün Almaniyanın Hamburger Morgenpost qəzeti yazıb ki, McLaren sürücüsü həqiqətən məhkəməyə dəvət olunub. Həmilton yanvarın 30-da Münhendə olmalıdır, amma məhkəmədən dərhal sonra Britaniyaya dönməlidir, çünki fevralın 1-də McLaren-in bazasında yeni maşının təqdimatı olacaq.

Qəzetin bildirdiyinə görə, məhkəməyə şahid qismində Marussia komandasının keçmiş sürücüsü Jerom D’Anbrozio və SPEED telekanalının telejurnalisti Uill Bakston da cəlb oluna bilərlər. Hərçənd, Bakston Twitter-dəki öz mikrobloqunda yazıb ki, “bu məlumat doğru deyil…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*