Builki mövsümdə sürücülərin maaşları

Abu Dabi Qran Prisi ərəfəsində Tom Rabitonun SportsPro jurnalı builki mövsümdə Formula1 sürücülərinin maaşları cədvəlini dərc edib, cədvəldə şəxsi sponsorlar […]

Abu Dabi Qran Prisi ərəfəsində Tom Rabitonun SportsPro jurnalı builki mövsümdə Formula1 sürücülərinin maaşları cədvəlini dərc edib, cədvəldə şəxsi sponsorlar tərəfindən ödəmələr və digər gəlirlər nəzərə alınmayıb…

Cədvələ gözlənildiyi kimi finlandiyalı sürücü Kimi Rəykkönen başçılıq edir, Ferrari 2007-ci ilin dünya çempionuna 45 milyon dollar əmək haqqı ödəyib. Kiminin illik maaşı bu il dünya çempionu olmuş Censon Battonun maaşından doqquz dəfə çoxdur – amma qeyd edək ki, mövsümün əvvəlində britaniyalı sürücü maaşının üç dəfə azaldılmasına razı olmuşdu.

Tom Rabiton: “Qlobal iqtisadi böhran davam edir, amma əgər siz Formula1-in sürücüsü olsaydınız, dünya çempionatında iştirakınızla var-dövlət qazana bilərdiniz. Bu rəqəmlər yalnız rəsmi əmək haqqını əks etdirir və sponsor ödəmələri və digər gəlir mənbələrini bura daxil etməmişik.”

SportsPro-nun verdiyi məlumata görə, Adrian Sutil, Vitantonio Liutsi, Roman Qrojan və Kazuki Nakacima öz komandalarında rəsmən maaş almırlar…

2009-cu il mövsümündə sürücülərin rəsmi maaşları (milyon dollarla):
1. Kimi Rəykkönen – 45.0
2. Lyuis Həmilton – 18.0
3. Fernando Alonso – 15.0
4. Niko Rosberq – 8.5
5. Felipe Massa – 8.0
6. Yarno Trulli – 6.5
7. Sebastyan Fettel – 6.0
8. Mark Uebber – 5.5
9. Censon Batton – 5.0
10. Robert Kubitsa – 4.5
11. Heykki Kovalaynen – 3.5
12. Nik Haydfeld – 2.8
13. Cankarlo Fizikella – 1.5
14. Sebastyen Buemi – 1.5
15. Rubens Barrikello – 1.0
16. Xayme Algersuari – 0.5
17. Adrian Sutil, Vitantonio Liutsi, Roman Qrojan və Kazuki Nakacima – 0

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*