18 Noyabr 2019, Bazar ertəsi - 13:32

L.Həmilton: “Mən ən uğurlu sürücülərdən olmaq istəyirəm”

L.Həmilton: “Mən ən uğurlu sürücülərdən olmaq istəyirəm”

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

12:21 - 21 Mart, 2011

Lyuis Həmiltonun titul qazandığı mövsümdən sonra McLaren komandası rəqabətədavamlı maşın qura bilmir. Bu il komanda mövsümöncəsi testlərdə problemlərlə üzləşib və […]

Lyuis Həmiltonun titul qazandığı mövsümdən sonra McLaren komandası rəqabətədavamlı maşın qura bilmir. Bu il komanda mövsümöncəsi testlərdə problemlərlə üzləşib və bir çoxları hesab edirlər ki, sürücü müqaviləsi başa çatmadan McLaren-i təkr edə bilər. Britaniya KİV-inə müsahibəsində Lyuis vəziyyəti şərh edib…

Lyuis Həmilton: “Mən on il ərzində ancaq 1-2 titul uğrunda mübarizə aparmaq istəmirəm. Mən öz nəslimin ən uğurlu sürücüsü olmaq istəyirəm, bunun üçün stabil qələbə qazanamq lazımdır, hamıya sübut etməlisən ki, sən ən yaxşısan. İndi mən deyə blmərəm ki, hamı məni ən yaxşı hesab edir, düzdür, hələ cəmi dörd ildir çempionatdayam, deməli, hələ çox şey etməliyəm.

McLaren – fantastik tarixi olan güclü komandadır. Mən başqa bazalarda olmamışam, amma McLaren-də bizim idmanın ən yaxşı mütəxəssisləri işləyir, komandanın sürücülərlə işi fəlsəfi xarakter daşıyır və bu komandada çıxış etmək böyük şərəfdir. Onlar mübarizdirlər, mən də mübarizəm.

Biz doğrudan da gözlədiyimizdən pis vəziyyətdəyik. Testlərdə yeni maşınla böyük məsafə qət edə bilmədik, rəqiblərimizə sürətdə də uduzuruq, amma mən MP24-26-nın potensialına inanıram. Maşın təkərlə effektiv işləyir, mövsümün ilk yarışına komanda yeniliklər hazırlayıb – biz Melburnda mübarizəyə hazır olacayıq.

Bəzi komandalar bizdən yaxşı hazırdırlar, amma bu əhəmiyyət kəsb eləmir – xaotik ilk yarışlarda sadəcə xal toplamaq vacibdir.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 246
Teqlər
Paylaş

logo