L.Həmilton: “McLaren və Ferrari Red Bull-un qələbələrinə son qoyacaqlar”

Lyuis Həmilton hesab edir ki, dünya çempionatının traslarında Red Bull-un dominantlığına son qoyula bilər və McLaren Formula1-in lideri mövqeyini qaytara […]

Lyuis Həmilton hesab edir ki, dünya çempionatının traslarında Red Bull-un dominantlığına son qoyula bilər və McLaren Formula1-in lideri mövqeyini qaytara bilər. Mövsümöncəsi testlərin nəticələrinə görə, məhz Red Bull mövsümün favoriti sayılır, amma britaniyalı sürücü əmindir ki, digər top-komandalar keçənilki uğurun təkrarlanmasına mane olacaqlar…

Lyuis Həmilton: “Mən 100% əminəm ki, McLaren və Ferrari buna yol verməyəcəklər. Bizim komandalarla müqayisədə Red Bull çempionatda gəncdir və biz öz statusumuzu təsdiq etməyə çalışacayıq.

Uzun illər McLaren və Ferrari irəlidə olublar, indi isə bizi liderlikdən mərhum edən yeni komanda peyda olub. Amma mən həqiqətən əminəm ki, bu iki komandadan biri yüksək mövqeyini qaytara biləcək.

Red Bull – avtoistehsalçı deyil, bu şirkət içki buraxır. Bu komanda isə McLaren və Ferrari-nin şərəfli tarixinə qarşı çıxıb. Bilmirəm ki, komandanın planları necədir, amma McLaren inkişaf edib və daah böyük avtoistehsalçıya çevrilir və biz Formula1-də çoxdan çıxış edirik.”

Hərçənd, Həmilton etiraf edir ki, mövsümün əvvəlində McLaren-ə çətin olacaq, çünki МР4-26 hələlik Ədrian Nyuinin hazırladığı RB7-yə sürətdə uduzur…

Lyuis Həmilton: “Red Bull maşınları keçən illə müqayisədə daha etibarlı olacaqlar. Bu il onlar həm sürətli, həm də etibarlı olacaqlar. Eyni sözləri Ferrari haqqında da demək olar. Bu iki komandanı keçmək çox çətin olacaq.

Sebastyan Fettel titul qazandıqdan sonra öz gücünə inamını artırıb və mən tərəddüd etmirəm ki, Mark Uebber də keçən illə müqayisədə güclənib və keçənilki uğursuzluğunun əvəzini çıxmaq istəyəcək.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*