16 İyun 2019, Bazar - 10:51

Bridgestone növbəti yarışlara təkər seçimini müəyyə

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

09:00 - 07 İyul, 2009

Bridgestone şirkəti növbəti dörd yarışa təkər seçimini müəyyənləşdirib. Bu dəfə yapon təkər istehsalçıları mövsümün əvvəlindən tətbiq etdikləri prinsiplərdən əl çəkməli […]

Bridgestone şirkəti növbəti dörd yarışa təkər seçimini müəyyənləşdirib. Bu dəfə yapon təkər istehsalçıları mövsümün əvvəlindən tətbiq etdikləri prinsiplərdən əl çəkməli olublar: indi təkər tərkibləri məövsümün əvvəlindən oluğu kimi bir-birindən çox fərqlənmir…

Hirohide Hamaşima: “Mövsümün gedişində topladığımız məlumatlara əsasən, həm də qarşıdakı traslar üçün əldə etdiyimiz məlumatlar əsasında biz təkər seçimini dəyişmişik. Builki maşınlar təkərlə başqa cür işləyirlər. Macar trasının xarakteristikası elədir ki, burda ən yumşaq təkər tərkibləri tələb olunur. Bu qayda həm də bütün şəhər traslarına aiddir: biz artıq Monakoda belə etmişdik və Valensiyada bu təcrübəni təkrar edəcəyik.

Spada hava soyuq ola bilər, ona görə də bərk təkərlərlə problemlər ola bilər, SuperSoft tərkibi isə tras üçün çox yumşaqdır, ona görə də bu tras üçün Medium və Soft tərkiblərini seçmişik. Monsada isə Hard və Soft tərkibləri arasındakı fərqi nəzərə alaraq yenə də Soft və Medium tərkiblərindən istifadə edəcəyik.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 204
Teqlər
Paylaş

logo