L.Həmilton: “Hələlik mən istədiyimə nail olmamışam”

Mobil1-in Uotkins Qlendə təşkil etdiyi tədbirdə jurnalitslər Lyuis Həmiltondan komandasını dəyişərək Red Bull-a keçməsi barədə şayiələrə şərh verməsini xahiş ediblər. […]

Mobil1-in Uotkins Qlendə təşkil etdiyi tədbirdə jurnalitslər Lyuis Həmiltondan komandasını dəyişərək Red Bull-a keçməsi barədə şayiələrə şərh verməsini xahiş ediblər. Britaniyalı sürücü bildirib ki, həlledici faktor rəqabətədavamlı maşının olmasıdır, amam Monrealda Kristian Hornerlə görüşməsini təkzib etməyib…

Lyuis Həmilton: “Mən dünya çempionu olmaq arzusu ilə böyümüşəm, amma hələ Formulda1-də istədiyimə nail olmamışam. Mən bu çempionatda qarşıma qoyduğum məqsədə çatana qədər çıxış edəcəm.”

Mən bəxtim gətirib ki, McLaren-in bir hissəsinə çevrilmişəm – bu, böyük tarixli ən yaxşı komandalardan biridir və hazırda bizim maşınımız qələbə qazanmağa imkan verir, son uik-end mənim komanda yoldaşım bunu sübut etdi. Biz bu il Red Bull-dan başqa qələbə qazanan yeganə komandayıq, əgər gələcəkdə də bizim maşınımız rəqabətədavamlı olacaqsa, komandanı dəyişməyin mənası yoxdur.”

Mən digər komandaların menecer və başçıları ilə yaxşı tanışam, tez-tez Stefano Domenikali, Norbert Hauq, Martin Uitmarşla ünsiyyətdə oluram, Kristian Horneri isə hələ F3000 seriyasında komanda başçısı olduğu vaxtlardan tanıyıram. Ona görə də təəccüblü deyil ki, uik-endin gedişi zamanı mən onlardan hər hansı biri ilə görüşüb söhbət edirəm.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*