L.Həmilton: “Hansısa bir an Formula1-i tərk etmək istədim”

Britaniyanın The Guardian qəzetinin jurnalistləri ilə söhbətində Lyuis Həmilton etiraf edib ki, keçən il mövsümün ilk yarışında yaranmış qalmaqaldan sonra […]

Britaniyanın The Guardian qəzetinin jurnalistləri ilə söhbətində Lyuis Həmilton etiraf edib ki, keçən il mövsümün ilk yarışında yaranmış qalmaqaldan sonra çempionatı tərk etmək fikrinə düşübmüş – o zaman Lyuis Avstraliya Qran Prisinin stüardlarını Yarno Trullini sarı bayraqlar altında ötməsi barədə aldatmışdı…

Lyuis Həmilton: “Mən hesab edirdim ki, bu qalmaqaldan sonra idmanı tərk etməliyəm. Bu McLaren-i tərk etmək arzusu deyildi, mən sadəcə yarışlara əlvida demək istəyirdim. Hansısa bir an ürəyimdən keçdi ki, “bu çox ağır vəziyyətdir, bundan sonra mən özümə gələ biləcəyəmmi?”

Lakin mənim ailəm, komandam məni dəstəklədi, azarkeşlər isə çoxlu məktublar yazmışdılar və mən düşündüm ki, “hə, mən səhvə yol vermişəm, amma onlar mənə ikinci şans verirlər.”

Biləndə ki, kimsə sənin üzünə gülür, amma üzünü çevirən kimi arxanca danışır, elə adamlara salam vermək çətindir. Mən otağa daxil olanda orda kimsə var idi, onun əhvalı yaxşı olsa belə mən özümü narhat hiss edirdim. Bu cür bir neçə ay davam etdi, amma tədricən mən başa düşdüm ki, insanlar məni dəstəkləməyə çalışırlar. Bu isə məni daha güclü etdi…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*