L.Həmilton: “Bizə düzgün taktiki seçim kömək etdi”

Lyuis Həmilton əla start alıb, amma yarışda qalib gəlməyə yalnız bu kömək etməyib: britaniyalı sürücünün uğurunun əsasını düzgün taktiki seçim […]

Lyuis Həmilton əla start alıb, amma yarışda qalib gəlməyə yalnız bu kömək etməyib: britaniyalı sürücünün uğurunun əsasını düzgün taktiki seçim təşkil edib…

Lyuis Həmilton: “Düşünürəm ki, bu gün bizə düzgün taktiki seçim çox kömək edib – biz artıq sıralanma turunda bu seçimi etmişdik. Yeni yumşaq təkərlər rəqiblərin maşınlarında olan işlnəmiş təkərlərə nisbətən asfaltla daha yaxşı ilişirdilər. Amma məncə, bu gün bir neçə faktor bizə uğur gətirib: pit-stoplar əla keçdi, maşın özünü əla aparırdı, mən isə təkərləri qorumağa çalışırdım. Ümumən mənim ən yaxşı yarışlarımdan biri oldu, mübarizə gərgin idi, bir çox ötmələr etdim.

Bazada çalışanlara, Qran Pri zamanı bokslarda işləyənlərə təşəkkür edirəm: onlar hamısı tam qüvvə ilə çalışıblar.

Hələ start düzlüyünə çıxarkən mənim maşınımda texniki problemlər üzə çıxmışdı, pit-leynin bağlanmasına bir dəqiqə qalmış mexaniklər işlərini qurtara bildilər. Bu vaxt mən sakit olmalı idim, əgər mən əsəbləşsəydim, boksdakı vəziyyət lap gərginləşərdi. Əsas odur ki, hər şey vaxtında qurtardı.

Qarşıda bizi uzun mövsüm gözləyir, komanda Red Bull-a çatmaq üçün tam qüvvə ilə işini davam etdirir. Məncə, bizim yarış tempimiz indi onlarda olduğu kimidir, amma sıralanma turunda biz hələlik geri qalırıq: deməli, daha intensiz işləməliyik. Amma mən bu gün yaxşı əhvaldayam: çoxdandır ki, qələbə qazanmırdım və indi mən komandamla fəxr edirəm. Mən bir daha bütün komandaya təşəkkür edirəm, ümid edirəm ki, qarşıda bizi bundan da uğurlu yarışlar gözləyir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*