M.Uebber Melburndə küçə şousu keçirəcək

Gələn həftə, şənbə günü, martın 19-da Mark Uebber Melburn küçələrində mövsümün açılışına həsr olunmuş şouda iştirak edəcək. Red Bull maşınının […]

Gələn həftə, şənbə günü, martın 19-da Mark Uebber Melburn küçələrində mövsümün açılışına həsr olunmuş şouda iştirak edəcək.

Red Bull maşınının sükanı arxasında avstraliyalı sürücü Bolte Bridge körpüsünün üzərindən keçərək (bu körpü Melburnun əsas darvazasıdır) şəhərin küçələrinə çıxacaq.

Əndryu Uestkott, Avstraliya Qran Prisinin başçısı: “Bu il bizim yarış mövsümü açacaq və markın iştirakı ilə şou azarkeşlər üçün öz həmyerlilərini salamlamaq şansı olacaq. Mark üçün də bu şou mövsümün açılışı olacaq – qarşıdakı mövsümdə biz ona uğurlar arzulayırıq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*