S.Fettel komanda ilə anlaşmazlıq yaşayıb

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, İspaniyada Leklerlə fərqli strategiyada olduqlarını bilməyib.

F-1.az xatırladır ki, Ferrari ilk pit-stoplarda Lekleri Hard təkərlərə keçirərək bir pit-stoplu strategiya düşünüb. İki pit-stoplu strategiya ilə gedən Fettel isə Medium tərkiblərlə komanda yoldaşına çatsa da, onun arxasında bir neçə dövrə ləngiyib.

Sebastyan Fettel: “Bu barədə aramızda danışacağıq. Boliddə öz yarışımız barədə düşünürük. Pit-stoplardan əvvəl Şarl məndən sürətli idi və ona yol verdim. Pit-stoplardan sonra isə onunla fərqli strategiyalarda olduğumdan xəbərsiz idim. Amma daha sonra onu ötməyimə icazə verdilər və Maksla fərqi azaltdım. Lakin işə yaramadı. Sonlarda təhlükəsizlik maşınına görə şansımız olsa da, Maksla tempimiz eyni idi və ötmə edə bilmədik. Bu gün maksimum xallar qazandıq. Podium şansımız olsa da, ilk döngədə təkərləri bloklayıb onu əldən verdim”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*