S.Fettel: Mühərriyi Maranelloya göndərəcəyik

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, problemli mühərriyi Maranelloya göndərəcəklər.

F-1.az xatırladır ki, almaniyalı sürücü keçən həftə Britaniya Qran Prisində problemlərlə üzləşmiş və yarışı 10-cu yerdə bitirmişdi. Lakin problemlər Yubiley Qran Prisində də dördqat Dünya Çempionundan əl çəkməyib.

Cümə sərbəst yürüşlərində zəif təsir bağışlayan Fettel ikinci sessiyada sızıntıya görə yolda qalıb və Ferrari mühərrikdə problem olduğunu təsdiqləyib.

Sebastyan Fettel: “Cümə günü fərqli şeylər sınadıq və keçən həftəyə nisbətən hər şey daha yaxşıdır. Amma hazırda yetərincə sürətli deyilik. Buna görə də məlumatları təhlil etməliyik”.

Bolid Soft təkərlə ilk dövrədə yaxşı olur, amma daha sonra işlər çətinləşir. Buna görə də yarış üçün Hard təkərləri saxlamağa çalışırıq. Görək yarışda necə strategiya seçəcəyik. Bolidi təkmilləşdirməliyik.

Mühərrik probleminə gəldikdə isə hər şey göz qırpımında baş verdi. Görək nə olur. Amma bununçün vaxtımız azdır, çünki ətraflı araşdırma üçün mühərrik Maraneloya göndərilməlidir. Bu da bir neçə gün çəkəcək”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*