Lekler 18 düyməlik Pirelli təkərlərinin ilk test gününü tamamlayıb

Ferrar-nin gənc sürücüsü Formula1-in 2021-ci ildə keçəcəyi 18 düyməlik təkərlərin prototiplərini sınamağa həsr olunmuş Pirelli təkər test proqramının ilk gününü tamamlayıb.

“İşimizi yerinə yetirdik! Ferrari-nin sürücüsü Şarl Lekler yeni 18 düyməlik Pirelli təkərlərinin builki ilk sınaqlarını tamamladı. Ümumilikdə Şarl 130 dövrə vurdu. Əla çalışdıq, Şarl!”, – Pirelli Motorsport-un Xeres trasındakı testlərin ilk gününün yekunu barədə sosial şəbəkədə hesabatı bu cür səslənir.

F-1.az bildirir ki, monakolu sürücü də testlərdən razı qalıb və şənbə gününü belə şərh edib: “Yenidən sükan arxasına qayıtmaq çox yaxşıdır! 2020-ci ilin ilk test günü arxada qaldı!”

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*