L.di Montedzemolo Mosliyə məktub göndərib

Komandaların büdcələrinin məhdudlarşdırılması və buna razı olan komandalara bəzi texniki azadlıqların verilməsi barədə FİA-nın Ümumdünya Şurasının məlum qərarından sonra Ferrari […]

Komandaların büdcələrinin məhdudlarşdırılması və buna razı olan komandalara bəzi texniki azadlıqların verilməsi barədə FİA-nın Ümumdünya Şurasının məlum qərarından sonra Ferrari rəsmi şərhlərdən imtina edib. Gələn həftə FOTA-nın iclası baş tutacaq, bundan sonra isə bəyanat veriləcək, amma FOTA-nın sədri və Ferrari-nin prezidenti Luka di Montedzemolo FİA prezidenti Maks Mosliyə məktub göndərib və çempionatın gələcəyindən narahatlığını bildirib. Məktubun fraqmentləri mətbata düşüb…

Luka di Montedzemolo: “Yeni qaydaların bütün aspektləri təfərrüatlı təhlil olunmaldıır, amma siz bilirsiniz ki, mən həmişə büdcənin məhdudlaşdırılmasının əleyhinə olmuşam, əsas da ona görə ki, belə məhdudiyyətlərə nəzarət zamanı ciddi texniki çətinliklər yarana bilər. İstənilən belə hal Formula1-in imicini korlaya bilər və çempionat iştirakçılarına zərbə vura bilər.

Çempionatın faktiki olaraq iki cəbhəyə bölünməsinə şübhə etmirəm, bu zaman bir komanda qrupunun digər komanda qrupu üzərində üstünlüyü böyük olacaq – belə halda ədalətli müabrizədən söhbət gedə bilməz, bu azarkeşləri də çaşdıracaq və Formula1-in dəyərini ciddi aşağı salacaq.”

Məktubunda Luka di Montedzemolo Mosliyə 2005-ci ildə imzalanmış müqaviləni xatırladıb, müqavilə Ferrari-nin Formula1-də 2012-ci ilə qədər çıxışına təminat verirdi. Şayiələrə görə o zaman komanda 100 milyon dollar almışdı, amma əsas odur ki, müqavilənin mətnində belə bir sətir var ki, FİA Formula1 komandalarının nümayəndələrinin daxil olduqları komissiyanın icazəsi olmadan qaydalarda dəyişiklik edə bilməz. Elə həmin müqavilədə deyilir ki, Razılıq MÜqaviləsnin müddəti başa çatsa da, komandaların bütün hüquqları 2010-cu ilin dekabrın 31-nə kimi həmin sənədlə nizamlanır, yəni müqavilə hələ qüvvəsindədir.

Montedzemolo FİA-nı əvvəlki razılıqlara əməl etməyə çağırıb, əks halda komandalar məhkəməyə müraciət etməklə reqlamentin dərcini və iştirak ərizələrinin verilməsini ləngidə bilərlər…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*