FİA-da rəhbər dəyişiklikləri davam edir

İyunun əvvəlində FİA-nın baş katibi və Formula1-in icraçı direktoru Piter Bayer vəzifəsindən istefa vermiş, onun yerini son illərdə Mercedes-də çalışan Şayl-Enn Rao tutmuşdu.

F-1.az xatırladır ki, Mercedes-in baş hüquqşünası, daha sonra isə Toto Volffun xüsusi müşaviri olmuş mütəxəssisin bu təyinatı bəzi komandaların xoşuna gəlməmişdi. Xüsusilə də Ferrari rəhbərliyi bu məsələyə iradını bildirmişdi.

Artıq bu gün federasiyanın mətbuat xidməti rəsmi bəyanat yayıb – Şayl-Enn Rao vəzifəsindən azad olunub.

Mohamməd ben Sulayem: “FIA-dakı hər kəs adından federasiyamız üçün mühüm keçid dövründə motor idmanı üzrə müvəqqəti baş katib kimi əvəzsiz töhfəsinə görə Şayl-Ennə təşəkkür etmək istərdim. O, xüsusilə Formula1-lə bağlı məsələlərdə həmişə peşəkarcasına və dürüst davranaraq mənə böyük dəstək oldu”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*