Q.Hartşteyn FİA-ya qarşı səlib yürüşünə başlayır?

Biz artıq xəbər vermişdik ki, keçən ayın əvvəllərində FİA-nın Formula1-də rəsmi həkim nümayəndəsi Qəri Hartşteyn federasiyadan məlumat alıb ki, onun […]

Biz artıq xəbər vermişdik ki, keçən ayın əvvəllərində FİA-nın Formula1-də rəsmi həkim nümayəndəsi Qəri Hartşteyn federasiyadan məlumat alıb ki, onun müqaviləsi uzadılmayacaq. Maraqlıdır ki, 247 Qran Pridə həkimlik edən Qəriyə bu qərarın səbəbləri bildirilməyib.

Bu qərar paddokda birmənalı qarşılanmamışdı. Pedro de la Rosa bütün sürücülərin adından bildirmişdi: “Biz bu məsələni Çarli Uaytinqlə müzakirə edəcəyik, biz hamımız onun rəyini bilmək istəyirik, başa düşmək istəyirik ki, FİA Qərini kiminlə əvəz eləmək istəyir. Qran Prinin baş həkimi bizim hər birimizi yaxşı tanıyan adam olmalıdır, bu çox vacibidr, biz ona etimad göstərməliyik. Təəssüf ki, bu kriteriyalara çox adam cavab vermir. Qəri ilə işləmək bizim hamımıza rahat idi, ona görə də FİA-nın bu qərarı hamımızı təəccübləndirib…

Qəri işinin öhdəsindən əla gəlirdir və bizim hamımız onun qalmasına sevinərik. Bu işdə böyük təcrübəsi olan insan lazımdır, hansı ki, hamımızı tanımalıdır. Bu çox vacibdir, xüsusən də siz həkimin əlinə düşəndə.”

Dünən Hartşteyn özünün Twitter mikrobloqunda bildirib ki, işdən azad olunması məsələsinə qayıtmaq fikrindədir…

Qəri Hartşteyn: “Bir az vaxt keçib, amma məni ədalətli kin boğur. Bəlkə mən cavab almaq üçün, işi geri qaytarmaq üçün səlib yürüşünə başlayım? Ya da mən bütün dünyaya danışacam ki, FİA-nın fəlaiyyətinin tibbi sferasında həqiqətən nələr baş verir.

İstəyirəm ki, hamı bir şeyi başa düşsün: mən məyus deyiləm və kədərlənmirəm. Mən çox hirsliyəm, bu isə pisdir. Hələ bilmirəm nəyi və necə edəcəm, amma başım üzərinə buludlar toplaşır. Zərbə çox güclü olacaq.

FİA səliqəli iş görüb və hər şeyi düzgün təşkil edib, ona görə də taktiki mübarizə aparmalıyam və detallara diqqətli olmalıyam. Amma hələlik səbr etməliyəm…”

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*