L.di Montedzemolo: “Komandaya yeni nəfəs lazımdır”

Jil Vilnövün ölümünün 30-cu ildönümünüə həsr olunmuş tədbir zamanı Ferrari-nin prezidenti Luka di Montedzemolo qarşıdakı İspaniya Qran Prisinin vacibliyindən danışıb… […]

Jil Vilnövün ölümünün 30-cu ildönümünüə həsr olunmuş tədbir zamanı Ferrari-nin prezidenti Luka di Montedzemolo qarşıdakı İspaniya Qran Prisinin vacibliyindən danışıb…

Luka di Montedzemolo: “Bir az əvvəl mən komandanın texniki personalı ilə uzun müddət danışdım – onlar əmindilər ki, komanda tərəqqiyə nail olub, amma indi biz rəqiblərimizin də inkişafını qiymətləndirməliyik. Mən istəyirəm ki, İspaniyada biz rəqabətədavamlı olaq və qarşıdakı uik-endi gələcək uğurların bazası kimi istifadə edək, çünki komanda İspaniya Qran Prisindən sonra maşının ciddi modernizə proqramını planlaşdırıb.

Mövsümün əvvəli məni məyus edib. Bizim texniki xidmətin mənə təqdim etdiyi məlumatlara görə, biz mövsümün əvvəlindən tamamilə başqa nəticələr gözləyirdik. Mövsümün ilk dörd yarışında biz dörd müxtəlif qalib gördük və qələbələrdən birini bizim sürücü qazanıb. Biz mübarizədə iştirak edirik, amma indi irəliyə doğru böyük addım atmalıyıq, rəqabətədavamlı maşınla trasa çıxmalıyıq ki, sürücülərin bizə inamı artsın.

Formula1 daim inkişaf edir və mən bizim əməkdaşlara dedim ki, son iki ildə biz Maranelloda dünyadan təcrid olunmuşuq. Bizə yeni nəfəs lazımdır, yəni kənardan yeni mütəxəssislər lazımdırlar.

Ferrari maşın istehsalçısıdır, bizim üçün mexaniki struktur, motor, ötürmələr qutusu, şassi və asılqanlar əsaslı əhəmiyyət kəsb edirlər, amma Formula1-in reqlamenti aerodinamikanı həlledici faktora çevirib – məhz aerodinamikaya görə siz udursunuz və ya uduzursunuz. Bu o deməkdir ki, bu sahədə bizə böyük potensial və təcrübə lazımdır. Biz bu istiqamətdə işləyirik və mən ümid edirəm ki, artıq İspaniyada komandanın inkişafını görəcəyik – bizim qələbələri görmək istəyirəm.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*