17 Sentyabr 2019, Çərşənbə axşamı - 14:51

L.di Montedzemolo: “Çempionatda qələbə bizdən asılıdır”

L.di Montedzemolo: “Çempionatda qələbə bizdən asılıdır”

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

08:08 - 23 May, 2012

Mövsümün əvvəli Ferrari komandasının ümidlərini doğurmayıb, amma arxada qalan beş yarışın nəticələrinə görə, Fernando Alonso şəxsi hesabda Sebastyan Fettellə çempionata […]

Mövsümün əvvəli Ferrari komandasının ümidlərini doğurmayıb, amma arxada qalan beş yarışın nəticələrinə görə, Fernando Alonso şəxsi hesabda Sebastyan Fettellə çempionata başçılıq edir. Şirkətin prezidenti Luka di Montedzemolonun fikrincə, bu, gələcək iş üçün əla stimuldur…

Luka di Montedzemolo: “Çempionat davam edir, özü də hələ aşkar lider yoxdur. Bəztin gətirməsi, maşın üzərində gərgin iş, eləcə də Fernando Alonsonun gözəl ustalığı ona gətrib çıxarıb ki, mövsümün beş yarışından sonra biz şəxsi hesabda liderlik edirik. Bundan istifadə etmək lazımdır, ona görə də bizim hər birimiz bazada gərgin işimizi davam etdirməliyik, o cümlədən Felipe Massa – biz ondan gözlədiyimiz nəticələrə nail olmaq üçün əlindən gələni etməlidir.

Mən daim Stefano Domenikali ilə əlaqə saxlayıram və bilirəm ki, kollektiv necə səylə çalışır. Mən buna şübhə etmirəm, axı çempionatda qələbə yalnız bizdən asıldıır, daha doğrusu bizim imkanlardan, yaradıcı yanaşmamızdan, məqsədə yönlüyümüzdən və ən yaxşı olduğumuzu sübüt etmək arzumuzdan.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 344
Teqlər
Paylaş

logo