18 İyul 2019, Cümə axşamı - 02:49

R.Braun: “Yeni maşın üzərində iş yaxşı gedir”

R.Braun: “Yeni maşın üzərində iş yaxşı gedir”

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

17:04 - 24 Oktyabr, 2009

Ross Braun deyib ki, yeni maşın üzərində iş qənaətbəxş templərlə gedir və ümid edir ki, gələn il onun komandasını yeni […]

Ross Braun deyib ki, yeni maşın üzərində iş qənaətbəxş templərlə gedir və ümid edir ki, gələn il onun komandasını yeni uğurlar gözləyir. Onun nikbinliyi ona əsaslanır ki, gələn mövsüm texniki reqlament ümumən dəyişməyəcək, həm də komanda Mercedes-Benz motorlarından istifadəni davam etdirəcək…

Ross Braun: “Bizim yaxşı motorumuz var, bu çox vacibdir. Məncə, gələn ilin reqlamenti cari reqlamentin inkişafıdır: yanacaqdoldurma ləğv olunacaq, bir az frəqli təkərlər olacaq, ümumən fərq böyük deyil.

Mən yeni maşını artıq görmüşəm, bizim hansı inkişafa nail olduğumuzu da görmüşəm, xüsusən də aerodinamika sahəsində. Hesab edirəm ki, biz rəqabətədavamlı olacayıq, hərçənd, hələlik heç kim heç nə bilmir.

Yeni maşın üzərində iş yaxşı templərlə gedir: lap əvvəldən motor lazım olan qaydada yerləşdirilib və bu irəliyə doğru böyük addımdır. Ona görə də mən əminəm ki, gələn il biz yenə də çox sürətli olacayıq. Amma nə dərəcədə sürətli olmağımızı bilmirik: hələ məlum deyil ki, biz yarışlarda qələbə qazana biləcəyikmi? Amma düşünürəm ki, nəticələrimiz layiqli olacaq.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 239
Teqlər
Paylaş

logo