P.Qasli: Mercedes əvvəlki kimi güclü deyil

AlphaTauri komandasının sürücüsü Pyer Qasli bildirib ki, Mercedes əvvəlki kimi güclü deyil.

F-1.az xatırladır ki, testlərin son günündə Pyer Qasli ilə Lyuis Həmilton arasında üçdövrəlik mübarizə yaşanıb. Münarizədən qalib ayrılan isə britaniyalı sürücü olub.

Pyer Qasli: “Əyləncəli və maraqlı mübarizə idi. Həmiltonla bir neçə dövrə mübarizə apardım və təəccünləndim. Rəqibi izləmək keçən ilə nisbətən asandır. Buna görə sevinirəm.

Performans və bolidin balansı cəhətdən çox iş görməliyik. Ancaq Lyuis də çətinlik çəkirdi. Məncə, çempionluq üçün çox iş görməlidirlər. Mercedes əvvəlki illərdəki kimi güclü deyil. Yenə də bu testdir. Testlər bolidi tanımaq üçündür”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*