Yeni Alpha Tauri maşınının adı məlum olub

Scuderia Alpha Tauri komandası 2020-ci il bolidini AT01 adlandıracaq.

F-1.az xatırladır ki, Toro Rosso komandası bu ildən etibarən Alpha Tauri adlanacaq. İtaliya təmsilçisi yeni bolidini fevralın 14-də Bakı vaxtı ilə saat 23:00-da təqdim edəcək.

Təqdimat Zaltsburqda baş tutacaq və aparıcılığı sabiq Formula1 sürücüsü Devid Kulthard edəcək. Tədbirdə Pyer Qasli və Daniil Kvyat da iştirak edəcəklər. Bolidin adı isə AT01 olacaq. Beləliklə, STR indeksli bolidlər də tarixə qovuşacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*