L.Burti vizorun bərkidilməsini gücləndirməyə çağırıb

Luçano Burtinin Formula1-də karyerası 2001-ci ilin Belçika Qran Prisində Əddi İrvaynla toqquşmadan sonra başa çatıb – Prost-un sükanı arxasında braziliyalı […]

Luçano Burtinin Formula1-də karyerası 2001-ci ilin Belçika Qran Prisində Əddi İrvaynla toqquşmadan sonra başa çatıb – Prost-un sükanı arxasında braziliyalı sürücü Blanchimont döngəsində trasdan çıxmış, maşın qoruyucu baryerə çırpılmış, sürücü isə başı ilə təkərlərə dəymişdi. Beyin silkələnməsindən sonra uzun müddət müalicə olunan Burti 2002-ci ilin qışında Ferrari-nin testlərində iştirak etsə də, zədənin nəticələri özünü aşkar göstərmişdi.

Felipe Massanın Hunqarorinqdə qəzasından sonra, hazırda Braziliya televiziyası üçün Formula1 yarışlarını şərh edən Burti FİA-nın texniki nümayəndəsi Çarli Uaytinqə və sürücülərin həmkarlar ittifaqına (GPDA) məktub yollayıb, bu məsktubun surəti Britaniyanın Autosport qəzetinin jurnalistlərinin əlinə keçib…

Luçano Burti: “Felipenin Hunqarorinqdə başına gələn bədbəxtlikdən sonra şlemlərin kostruksiyasındakı inkişaf mənim 2001-ci ildə Spadakı qəzamdan sonra aşkar göründü. Əgər mən də o zaman indiki şlemlərdən istifadə etsəydim, aldığım zədələr ciddi olmazdı. Bu inkişaf FİA-nın və şlem konstruktorlarının təhlükəsizliyin artırılması üçün görüyü işlərdən xəbər verir.

Eyni zamanda vacib bir məsələyə diqqət yetirmək istəyirəm. Mənim şlemimdə qoruyucu baryerə çırpıldıqdan sonra vizor yerində qalmışdı, çünki dörd vintlə bərkidilmişdi. Bugünkü şlemlərdə isə çəkisini azaltmaq üçün cəmi iki vintdən istifadə olunur. Felipenin qəzasından sonra vizor qopmuşdu – vint yüklənməyə tab gətirməmişdi, nəticədə sürücününü zü və gözü daha çox zədələnmişdi.

Mən FİA-ya və şlem konstruktorlarına tam etibar edirəm, onlar təhlükəsizliyi artırmaq üçün fantastik işlər görürlər, amma iki ciddi qəzanın nəticələrini müqayisə etsək, məlum olacaq ki, vizorun bərkidilməsini gücləndirmək lazımdır. Biz əmin olmalıyıq ki, vizor güclü zərbə altında şlemdən qopmayacaq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*