Latvala düşünür ki, Ojye ağıllı addım atıb

Toyota komandasının rəhbəri Hari-Matti Latvala bildirib ki, Sebastyen Ojye təkər seçimində ağıllı davranıb.

F-1.az xatırladır ki, əfsanəvi sürücü cümə günü altı etap üçün iki yox, 1 ehtiyat təkər götürüb. Buna görə də onun maşını daha yüngül olub və komanda yoldaşı Kalle Rovanperanı cümə günündən sonra 22.8 saniyə qabaqlayıb.

Hari-Matti Latvala: “Bir tərəfdən ağıllı qərar idi. Əlbəttə belə halda işlərə daha diqqətlə yanaşmalısınız. Çünki sadəcə bir ədəd ehtiyat təkəriniz var. Maşını həmişə son həddə sürə bilməzsiniz. Digər tərəfdən maşın yüngül olduğu üçün daha az yana doğru gedir. Bu da sizə üstünlük qazandırır”.

Sebastyen Ojye isə bildirib ki, bu onun öz seçimi olub: “İnsanlar əvvəlcə bunun riskli seçim olduğunu düşündülər, amma səhər ilk iki etapdan sonra gördük ki, təkərlərə tələbat o qədər də böyük deyil. Yəni ki, hesablanmış seçim idi.

Əsasən daha diqqətli sürməyi və təkərləri az zərər verməyi düşünürdüm. Hər şeyi elə hesablamışdım. Daha sonra bir ehtoyat təkər götürərək, təkərləri partladacaq maneələrdən uzaq durmağa qərar verdim. Bu mənim ideyam idi və işə yaradığı üçün çox sevinirəm”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*