L.Norris də cərimələnib

McLaren komandasının sürücüsü Lando Norris Türkiyə yarışının startında 5 yer itirəcək.

F-1.az bildirir ki, britaniyalı sürücü sarı bayraqlara riayət etmədiyi üçün cəza alıb. Açıqlamaya əsasən Norris sürətli dövrədə ikən qoşa sarı bayraqlar sallanırmış. 22 yaşlı pilot bayraqlara görə yavaşlayıb və komandasından “dövrəni buraxım?” soruşub. Amma komanda ona davam et təlimatı verib. Lando isə bu dövrənin hesabına ikinci sessiyaya keçə bilib.

Beləliklə startda 5 yer itirən Norris 11-ci yerdən 16-cı yerə geriləyib.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*