12 Dekabr 2018, Çərşənbə - 09:23

L.Həmilton: “Komunikasiya düzəlməlidir”

L.Həmilton: “Komunikasiya düzəlməlidir”

Müəllif: Rauf Hacıyev, redaktor

20:20 - 10 Aprel, 2018

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, Melburn və Bəhreyndəki uğursuzluqlardan sonra komandadaxili komunikasiyanın inkişafı üçün işləyirlər.

F-1.az xatırladır ki, “gümüşü oxlar” Avstraliyada hesablama səhvi etmiş, Bəhreyndə isə radio vasitəsi ilə danışıqlarda problemlər yaranmışdı.

Lyuis Həmilton: “Yarışın əvvəlində təkərlərdən necə istifadə edəcəyimi bilmək çətin idi. Müəyyən nöqtədən sonra Ferrari-nin iki pit-stop edəcəyini anladım. Yarışın sonlarında təkərləri qorumalı idim. Fettel pitə girib çıxdıqdan sonra mənə çata bilərdi və mən də mübarizə apara bilərdim ya da təkərlərim hələ yaxşı vəziyyətdəykən ona çatıb istedadım hesabına keçə bilərdim.

Mənə heç bir məlumat verilmədi. Trasda tək qaldım. Bunun üzərində işləməliyik. Radio işləmirdi və isti havanın əlindən məlumat vermək də çətinləşirdi. Onlar məni eşitmirdilər, ancaq mən onları eşidirdim. Mənə “səni eşitmirik” deyirdilər”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 138
Teqlər , , , ,
Paylaş

logo