L.Həmilton: Termal örtüklərdən imtina təhlükəlidir

Mercedes-in multiçempion sürücüsü termal örtüklərdən imtina fikrini tənqid edib.

F-1.az xatırladır ki, termal örtüklərdən imtina çoxdandın F1 gündəmini zəbt edib və builki Britaniya Qran Prisindən sonra bu məsələ ilə bağlı komanda nümayəndələri və pilotlarla görüş keçiriləcək.

Lyuis Həmilton: “Bu, çox təhlükəlidir, nə vaxtsa termal örtüklərin olmaması trasda ciddi insidentə səbəb ola bilər. Rezini qızdırmaq üçün bir neçə dövrə sürmək lazımdır. Termal örtüklərin çıxarılması ətraf mühiti yaxşılaşdırmağın yollarından biri kimi təqdim olunur, lakin son nəticədə təkərləri qızdırmaq yarışda daha çox yanacaq yandırmağı tələb edəcək.

Bundan əlavə, pit-leyninisoyuq təkərlərlə sanki buz üzərində tərk edirsən və bu çox təhlükəlidir. Artıq isti təkərlərdə yarışa davam edən rəqiblə qəzaya düşmək ehtimalı olacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*