Kristian Horner: Formula1 sərhədlərini aşır

Red Bull komandasının başçısı Kristian Horner hesab edir ki, Formula1-in populyarlığı artdıqca, inkişafı davam etdirmək vacibdir...

F-1.az xəbər verir ki, builki mövsüm rekord sayda yarış keçirilməsi nəzərdə tutulub.

Kristian Horner: “Biz sərhədləri aşırıq. Formula1 – yarışların yalnız bir ərazidə keçirildiyi NASCAR deyil. Bu, çətin logistika, daimi hərəkət və dəyişən saat qurşaqları ilə qlobal dünya çempionatıdır. Bir mövsümdə 22-24 Qran Pri – bu, demək olar ki, mümkün olanın maksimumudur.

Amma əldə etdiyimiz nailiyyətlərlə kifayətlənmək olmaz. Son illərdə Formula1 populyarlıq qazandı, komandamızın çoxlu yeni tərəfdaşları və sponsorları var, indi azarkeşlərin bu marağını, şouya, yarışlara olan marağı qorumaq vacibdir. Bunun üçün inkişafa davam etmək, irəli getmək lazımdır. İstənilən fasilə bizi geri qaytaracaq.

Sprint həftəsonlarının formatının təkmilləşdirilməsi, 2026-cı ildə baxımlılığın daha da artırılması üçün yeni qaydaların qəbul edilməsi növbəti addımı atmağa imkan verəcək. İndi Formula1 həqiqətən də inkişaf edir – və biz əmin olmalıyıq ki, biz bu sürəti artıra bilərik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*