14 Oktyabr 2019, Bazar ertəsi - 00:54

K.Rəykkönen Rally Finland-ın startına çıxacaq

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

20:15 - 06 İyul, 2009

Macarıstan və Avropa Qran Priləri arasındakı yay tətili zamanı Kimi Rəykkönen ilk dəfə olaraq Rally Finland yarışında çıxış edəcək, yarış […]

Macarıstan və Avropa Qran Priləri arasındakı yay tətili zamanı Kimi Rəykkönen ilk dəfə olaraq Rally Finland yarışında çıxış edəcək, yarış Yuvyaskul şəhərinin yaxınlığında keçiriləcək. Kiminin müəyyən ralli təcrübəsi artıq vardır: qışda o milli çempionatın iki yarışında çıxış edib, mayın sonunda isə İtaliyada Rally della Marca yarışına qatılmışdı…

Kay Lindström yenə də Kimiyə şturmanlıq edəcək, onlar birlikdə dördqat dünya çempionu Tommi Myakinenin hazırladığı Fiat Abarth Grande Punto S2000 maşınını mərkəzi Finlandiyanın dolayı yollarına çıxaracaqlar. Rally Finland yarışı dünya çempionatının ən sürətli və ən çətin yarışlarından biri sayılır. Yarış iyulun 31-də baş tutacaq.

Kay Lindström: “BU əla yarışdır, Kİmi üçün yarış lap maraqlı olacaq, çünki o bu yarışda birinci dəfə çıxış edəcək. Bu dünyanın ən sürətli yarışıdır və yarış məsafəsinin uzunluğu Arctic Rally qış yarışından iki dəfə böyükdür. Kimi çox istedadlıdır və o istənilən nəqliyyatda uğurla çıxış edir. Amma yaddan çıxarmayən ki, rallidə o hələ ilk addımlarını atır. Baxaq görək bu dəfə necə olacaq.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 263
Teqlər
Paylaş

logo