K.Rəykkönen həmyerlilərinin məşqinə baş çəkib

Bu günlərdə Finlandiyanın milli hokkey yığması İsveçrənin Rappersvil şəhərciyində məşq keçir. Bu gün həmyerlilərinə Kimi Rəykkönen baş çəkib – finlandiyalı […]

Bu günlərdə Finlandiyanın milli hokkey yığması İsveçrənin Rappersvil şəhərciyində məşq keçir. Bu gün həmyerlilərinə Kimi Rəykkönen baş çəkib – finlandiyalı dünya çempionu bu idman növünün böyük azarkeşidir. Yeri gəlmişkən, Kimi özü də hərdən buz üzərinə çıxır.

Kimi Rappersvil yaxınlığında yaşayır, ona görə də əlinə boş vaxt düşən kimi buz sarayına yollanıb. O hokkeyçilərdən çoxunu şəxsən tanıyır, idmançılarla soyunub-geyinmə otağında söhbət edib, sonra məşqçi Timo Yutila və millinin keçmiş müdafiəçisi Yanne Niinimaa ilə məşqin gedişini izləyib. Niinimaa hazırda Rappersvil hokkey klubunda oynayır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*