24 May 2019, Cümə - 03:11

K.Rəykkönen: “Heç kimin FİA ilə küsmək fikri yoxdur”

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

15:30 - 27 Fevral, 2009

Kimi Rəykkönen bildirib ki, martın sonunda bütün sürücülər Avstraliyaya FİA-nın superlisenziyasının məbləğini ödəməklə yollanacaqlar. Formula1 sürücülərinin həmkarlar ittifaqı (GPDA) çempionat […]

Kimi Rəykkönen bildirib ki, martın sonunda bütün sürücülər Avstraliyaya FİA-nın superlisenziyasının məbləğini ödəməklə yollanacaqlar. Formula1 sürücülərinin həmkarlar ittifaqı (GPDA) çempionat iştirakçılarına müraciət edib ki, bu məsələ federasiya ilə qaydasına qoyulana qədər heç kim superlisenziyanın haqqını ödəməsin, düzdür, Rəykkönen GPDA-in üzvü deyil.

Amma FİA prezidenti Maks Mosli açıq bildirib ki, superlisenziyanın haqqını ödəməyən sürücülər özlərinə başqa iş axtara bilərlər, həm də federasiyadan alınan son xəbərlərə görə, artıq adı çəkilməyən üç sürücü federasiya ilə mübahisələrə girmədən 2009-cu ildə çempionatda iştirak haqlarını ödəyiblər.

İtaliyanın Corriere della Sera qəzetinə müsahibəsində 2007-ci ilin dünya çempionu bildirib ki, problem qiymətdə deyil, söhbət bu qiymətin nə dərəcədə real olmasından gedir…

Kimi Rəykkönen: “Ümumilikdə bütün sürücülər lisenziyanın haqqını ödəməyə razıdırlar, amma lisenziyanın qiyməti ağlabatan olmalıdır. Bu yeganə problemdir, heç kim federasiya ilə küsmək istəmir.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 301
Teqlər
Paylaş

logo