Nu Silver Arrows Radio podkastında Əllison vurğulayıb ki, etibarlılığın artırılması Mercedes mühəndislərinin əsas diqqət yetirəcəyi sahə olacaq.
Ceyms Əllison: “Tamamilə təbiidir ki, hamı yeniliklərə diqqət yetirir, çünki onlar göz önündədir və maraq doğurur. Amma sonda etibarlılıq titul uğrunda mübarizənin nəticəsinə daha böyük təsir göstərə bilər.
Uğurlu yenilənmə proqramı şəraitdən asılı olaraq komandaya mövsüm ərzində 10, 15 hətta 20 xal da qazandıra bilər. Amma yarışda bir dəfə mübarizəni dayandırmaq sizə elə o qədər də başa gələ bilər. Ona görə də mövsümün ikinci yarısında bolidi inkişaf etdirməyə davam etməklə yanaşı, ilk növbədə, ilk yarışlarda xal itirməyimizə səbəb olan öz səhvlərimizin sayını azaltmaq istəyirik.
Etibarlılıqla bağlı problemlərimiz və komandanın işində qüsurlar oldu, bunlar ümumiyyətlə baş verməməli idi. Onları aradan qaldırmaq, yəqin ki, növbəti texniki yeniliklər paketini hazırlamaqdan da vacibdir.
Əgər biz bolidi inkişaf etdirməyə davam etsək və eyni zamanda səhvsiz işləyə, həmçinin etibarlılığı təmin edə bilsək, onda titul uğrunda mübarizənin həlledici mərhələsinə mümkün qədər güclü mövqedə yaxınlaşacağıq”.





