K.Rəykkönen: “Çox şey startda həll olundu”

Bu gün Kimi Rəykkönen yarışa yeddinci yerdən başlasa da, KERS-in sayəsində startda dördüncü yerə yüksəlib və daha bir mövqeni pit-stopda […]

Bu gün Kimi Rəykkönen yarışa yeddinci yerdən başlasa da, KERS-in sayəsində startda dördüncü yerə yüksəlib və daha bir mövqeni pit-stopda qazanıb. İkinci yerdə finişdən sonra finlandiyalı sürücü bildirib ki, çox şey startda həll olunub…

Kimi Rəykkönen: “Yarışdan əvvəl biz bilirdik ki, podium uğrunda mübarizə aparmaq üçün ilk dövrədə bir neçə mövqe qazanmalıyıq və bu gün çox şey startda həll olundu. Bir neçə döngədən sonra mən artıq dördüncü idim, Lyuisin arxasında, sonra o Markı keçə bildi, mən isə Markı yalnız pit-stopda keçə bildim.

Mən də Lyuisin arxasınca düşdüm, amma mənim sürətli dövrəmə o sürətli dövrə ilə cavab verirdi, ona görə də mən ona çox yaxınlaşa bilmədim, sonra isə pit-stopda problemlər yarandı. Hələlik qələbə uğrunda mübarizə aparmaq bizə tezdir, amma bu gün biz ona çox yaxınlaşdıq. Uik-end komandamız üçün çətin alındı, amma biz yaxşı nəticə göstərə bildik və mən ümid edirəm ki, növbəti yarışlarda bu uğurumuzu daha da inkişaf etdirəcəyik.

Fettellə insident? Mən kiməsə toxunduğumu xatırlamıram. Məni soldan Mark sıxışdırdı və sağda kimsə var idi, amma mən zərbə hiss etmədim və heç nəyi şərh edə bilmərəm.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*