Kanada-2017: Mətbuat konfranslarının cədvəli

Kanada Qran Prisi günlərində FİA-nn rəsmi mətbuat konfranslarının Formula1-dən iştirakçılarının adları açıqlanıb.

Cümə axşamı hər birinin muddəti 25 dəqiqə olan iki mətbuat konfransı baş tutacaq. İlk 25 dəqiqədə Fernando Alonso (McLaren), Lyuis Həmilton (Mercedes AMG) və Colion Palmer (Renault) jurnalistlərin suallarına cavab verməli olacaqlar. İkinci 25 dəqiqədə isə Markus Eriksson (Sauber), Serxio Peres (Force İndia) və Ləns Stroll (Williams)  mətbuat işçilərinin qarşısında oturacaqlar.

Cümə günü üçün də hər birinin müddəti 25 dəqiqə olan iki mətbuat konfransı baş tutacaq. Sürücüləri komandaların məsul işçiləri – əvvəlcə Ceyms Əllison (Mercedes AMG), Mauritsio Arrivabene (Ferrari) və Günter Ştayner (Haas), sonra isə Codi Eqqinton (Toro Rosso), Yusuke Haseqava (Honda) və Pəddi Lou (Williams) əvəz edəcəklər.

F-1.az xatırladır ki, şənbə və bazar günləri mətbuat konfransına sıralanma turu və yarışın ilk üçlüyü dəvət olunur…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*