15 Noyabr 2019, Cümə - 04:40

Avstraliya-2017: Mətbuat konfranslarının cədvəli

Avstraliya-2017: Mətbuat konfranslarının cədvəli

Müəllif: Elçin Zodorov, redaktor

14:32 - 21 Mart, 2017

Avstraliya Qran Prisi günlərində FİA-nn rəsmi mətbuat konfranslarının Formula1-dən iştirakçılarının adları açıqlanıb.

Cümə axşamı hər birinin muddəti 25 dəqiqə olan iki mətbuat konfransı baş tutacaq. İlk 25 dəqiqədə Fernando Alonso (McLaren), Lyuis Həmilton (Mercedes AMG), Daniel Rikkardo (Red Bull) və Sebastyan Fettel (Ferrari) jurnalistlərin suallarına cavab verməli olacaqlar. İkinci 25 dəqiqədə isə Valtteri Bottas (Mercedes AMG), Felipe Massa (Williams), Esteban Okon ( Force İndia) və Ləns Stroll (Williams) mətbuat işçilərinin qarşısında oturacaqlar.

Cümə günü isə sürücüləri komandaların məsul işçiləri – Mauritsio Arrivabene (Ferrari), Erik Bulye (McLaren), Kristian Horner (Red Bull), Pəddi Lou (Williams) və Toto Volff (Mercedes AMG) əvəz edəcəklər.

F-1.az xatırladır ki, şənbə və bazar günləri isə sıralanma turu və yarışın ilk üçlüyünə verilir…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 254
Teqlər , , ,
Paylaş

logo