F.Alonso: Yağışa ehtiyacımız yoxdur

Alpine komandasının sürücüsü Fernando Alonso yarışda yağış yağmasını istəmir.

F-1.az xatırladır ki, ispaniyalı sürücü sıralanma turunda 6-cı yeri tutsa da, Həmiltonun cəzasına görə yarışa 5-ci yerdən başlayacaq.

Fernando Alonso: “Çox sevincliyəm. Mövsümün ən yaxşı şənbə günü idi. Soçidə çox gücül idik və oradan buraya gəlmişik. Burada da özümü yaxşı hiss etdim. Yağışlı havada həmişə beşliyə düşmüşük və yenə də son sessiyaya qaldıq. Başqa vaxt son sessiyada 9-cu olurduq.

Həmiltonun cəzası ilə yarışa 5-ci yerdən başlayacağıq. Təmiz tərəfdəyik. İkinci sessiyada da Soft təkərlərdə idik. Yəni sıralanma turu yaxşı keçdi. Görək yarışda nə olur

Əminəm ki, bu gün yağış yağacaq və xaotik yarış olacaq. Ehtiyacımız olmadığı halda xaotik hadisələr baş verəcək. Medium təkərlərlə 5-ci yerdən başlayırıq və iki ədəd Hard təkərimiz var. Bundan yaxşı şey ola bilməzdi. Ümid edirəm ki, normal yarış olar”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*