Komandaların sponsorları qiymətləri aşağı salıblar

Britaniyalı ekspertlər xəbər veriblər ki, çoxmilyonlu sponsor müqavilələrinin vaxtı arxada qalıb və Formula1 komandaları azməbləğli müqavilələrlə qane olurlar. Londonun The […]

Britaniyalı ekspertlər xəbər veriblər ki, çoxmilyonlu sponsor müqavilələrinin vaxtı arxada qalıb və Formula1 komandaları azməbləğli müqavilələrlə qane olurlar. Londonun The Daily Telegraph qəzeti sponsorluq məsələlərində ixtisaslaşmış Synergy agentliyinin nümayəndəsi Skott Qarretin fikrini dərc edib, Skott vaxtilə Williams F1 komandasının marketinq bölməsinə başçılıq edib: “Əgər əvvəllər hər hansı bir firmanın loqotipini maşının üzərinə yapışdırmaq üçün bir milyon funt lazım idisə, indi bu məbləğ cəmi 250 min funt təşkil edir, amma bu məbləğ daha çox sponsor cəlb etməyə imkan verir. Regionlarında reklamları üçün perspektivlər açılıb, məsələn, Asiya şirkətləri yalnız Asiya yarışlarına müqavilələr bağlayırlar.”

Hazırkı vəziyyətdə, FİA-nın məsrəfləri azaltmaq kursunu seçdiyi bir dövrdə komandalar gələn il üçün sponsor müqavilələlərinin bağlanmasında çətinliklər çəkirlər. Məsələn, hər iki çempionatda liderlik edən Brawn GP komandası ilə əməkdaşlıq etmək istəyən iyirmidən çox şirkət məlumdur, amma bununla belə hər bir şirkət maksimum ucuz müqavilə bağlamağa can atır.

Hətta Telegraph-ın yazdığına görə, milyarder Riçard Brənson beş il bundan əvvəl çox gülməli görünən bir məbləğə Brawn GP komandasına titul sponsorluğu təklif edib…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*