15 Noyabr 2019, Cümə - 12:00

S.Peres yarışa pit yolundan başlayacaq

S.Peres yarışa pit yolundan başlayacaq

Müəllif: Rauf Hacıyev, redaktor

10:44 - 02 Noyabr, 2019

Racing Point komandasının sürücüsü Serxio Peres Amerika yarışına pit yolundan başlayacaq.

F-1.az bildirir ki, meksikalı sürücü tərəziyə gəlmədiyi üçün bu cəzaya məruz qalıb. 29 yaşlı pilot pitə qayıdarkən onunçün yanan işıqları görməyib. Ancaq komandası xəbərdarlıq verən kimi Peres maşını saxlayıb. Racing Point sürücüsü komandasının təlimatı ilə boksun yanına gəlib və orada pit-stop məşqi etdikdən sonra mexaniklər meksikalını geriyə itələyərək tərəziyə aparıblar.

Lakin Formula1-in idman reqlamentində bildirilir ki, bir sürücü tərəzi yoxlamasına bilərək və ya bilməyərək gəlmirsə, bunun cəzası yarışa pit yolundan başlamaqdır. Buna görə də Peres yarışa pit yolundan başlayacaq.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 61
Teqlər , , ,
Paylaş

logo