F.Massa: “Sıralanma tempimizi düzəltməliyik”

Williams komandasının sürücüsü Felipe Massa bildirib ki, sıralanma turunda geridə qaldıqları üçün yaxşı xallar qazana bilmirlər.

F-1.az xatırladır ki, Felipe Massa Britaniyada sıralanma turunda 15-ci yeri tutsa da, yarışı 10-cu pillədə bitirə bilib.

Felipe Massa: “Yaxşı start aldım və ilk dövrədən sonra xoşbəxt idim. Daha sonra 10-cu yerə yüksəldim. Mənim üçün yarışın ən çətin qismi Force İndia-ları izlədiyim an idi. Sürətimiz daha yaxşı olsa da, onları qabaqlaya bilmədik. Sıralanma turu performansımız çox pisdir. Geridən başladığımız üçün çox xal qazana bilmirik. Növbəti yarışlara daha yaxşı yerdən start verməliyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*