F.Massa hospitala yerləşdirilib

Dünən ikinci sərbəst yürüşlərdən sonra Felipe Massa özünü pis hiss edib və trasın tibbi mərkəzinə müraciət edib.

Həkimlər Williams-ın sürücüsünü müayinə etdikdən sonra Budapeştdə MH EK Honvédkórház hospitalına yerləşdiriblər.

Massanın səhhəti ilə bağlı məlumatın verilməsi gözlənilir, amma F-1.az-a daxil olan məlumata görə, braziliyalı sürücünü bu gün komandanın ehtiyat sürücü Pol di Resta əvəzləyə bilər…

, , ,