Komandaların rəhbərləri F.Alonsoya səs veriblər

Britaniyanın Autosport həftəliyində iki maraqlı reytinq dərc olunub – birinci reytinqi jurnalistlər tərtib ediblər, ikinci reytinq isə komanda rəhbərlərinin səsverməsi […]

Britaniyanın Autosport həftəliyində iki maraqlı reytinq dərc olunub – birinci reytinqi jurnalistlər tərtib ediblər, ikinci reytinq isə komanda rəhbərlərinin səsverməsi nəticəsində tərtib olunub…

On iki komandanın başçıları – Peter Zauber (Sauber), Erik Bulye (Renault), Martin Uitmarş (McLaren), Toni Fernandes (Lotus), Frənk Uilyams (Williams), Kolin Kolles (Hispania), Otmar Safnauer (Force İndia), Ross Barun (Mercedes GP), Con But (Virgin), Kristian Horner (Red Bull), Stefano Domenikali (Ferrari) və Frans Tost (Toro Rosso) on ən yaxşı sürücünün adı yazılmış blankı doldurublar. Səsvermənin nəticələrinə əsasən birinci göstərilmiş sürücü 25, ikinci sürücü 18, yarışda olduğu kimi xal verilib.

Keçən il anoloji cədvəldə Sebastyan Fettel birinci olmuşdu, amma bu dəfə on iki komandanın başçısının fikrincə, Fernando Alonso mövsümün ən yaxşı sürücüsü seçilib – ispaniyalı sürücü Fetteli 9 xal qabaqlayıb.

Komanda başçılarınn seçdiyi sürücü onluğu (mötərizədə keçənilki yer):
1. Fernando Alonso – 229 (4)
2. Sebastyan Fettel – 220 (1)
3. Lyuis Həmilton – 196 (3)
4. Mark Uebber – 146 (6)
5. Robert Kubitsa – 129 (9)
6. Censon Batton – 86 ( 2)
7. Niko Rosberq – 68 (-)
8. Niko Hülkenberq – 17 (-)
8. Felipe Massa – 17 (8)
10. Rubens Barrikello – 11 (5).

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*