R.Qrojanın problemi məlum olub

Roman Qrojanın Çində yaşadığı problemlərin səbəbi yarışın ilk dövrəsində dəyişdirdiyi ön qanad olub.

F-1.az xatırladır ki, fransalı sürücü yarışın ilk dövrəsində Eriksson ilə insident yaşayaraq ön qanadını sındırıb.

Haas komandası Cümə günü sərbəst yürüşlərdə yeni qanadı yoxlamışdı. Ancaq Esteban Qutyerresin əyləc problemlərindən sonra komanda yenidən əvvəlki qanaddan istifadə etmək qərarına gəlmişdi.

İki bolid arasında fərq az olduğu üçün belə qərar verilmişdi ki, Qrojan da standart paketə keçsin.

Ancaq yeni ön qanad Qrojanın ehtiyat qanadı olaraq yarışa gətirilib. Qanadı bolidə düzgün yerləşdirsələr də, bolidin sazlanmalarına uyğun gəlməyib və fransalı sürücü pis vəziyyətdə qalıb.

Günter Ştayner: “Yeni detalı cümə günü Romanın bolidində istifadə etdik, amma heç nə öyrənə bilmədik.

Daha sonra Estebanın problemi ilə üzləşdik və belə qarəra gəldik ki, bolidi inkişaf etdirməyək. Əvvəlki sazlanmalara qayıtmalı idik.

Bir dövrə vurduq və çox zəif olduğumuzu gördük.Hazırda əlimizdə bunu bacara bilmədiyimiz bir bolidimiz var. Ona görə də detalı istifadə etmədik.

Amma qanadı yarışda istifadə etməli olduq, çünki bizim ehtiyat qanadımız idi. Amma qanad bolidin digər sazlanmalarına uyğunlaşa bilmədi. Heyif ki, bolidin balansı pis oldu. Bu mövzu barədə məlumatımız yox idi.

Bütün yarış Roman üçün təhlükəli idi. O, boliddən bu həftəsonu razı qalmadı.

Estaban isə olduğu yerdən razı qaldı. O göstərdi ki, burada olmağa layiqdir. Bu onun əhval -ruhiyyəsi üçün yaxşı oldu. Ümid edirəm ki, növbəti yarışda hər iki sürücümüzlə yaxşı yarış keçirərik”

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*