K.Maqnussen: “Qrojanla dost olmayacağam”

Haas komandasının yeni sürücüsü Kevin Maqnussen bildirib ki, komanda yoldaşı Qrojanla yaxın dost olmayacaq.

F-1.az xatırladır ki, danimarkalı sürücü McLaren və Renault-da da yarışanda nə Batton ilə, nə də Palmer ilə yaxın münasibət qurmamışdı.

Kevin Maqnussen: “Komanda yoldaşınızı geridə qoymaq çox vacibdir. Bu bütün komandalarda vacibdir. Aranızdakı münasibət yaxşı olmasa da, olar. Amma komanda üçün bir yerdə işləyirik və bəzi şeyləri paylaşırıq. Amma hər axşam bir yerdə yemək yeyib, söhbət etməyə məcbur deyilik.

Hamı elə düşünür ki, Censon Batton 2014-cü ildə mənə kömək edib, amma bu düzgün deyil. O, mənə heç bir kömək etməyib. Bəzi komanda yoldaşları səhv məlumatlar verərək, sizin yarışınızı məhv edirlər, amma Censon belə deyildi. Ona hörmət edirəm. Romanı tanıyıram. Ümid edirəm ki, Censon kimi olar”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*