K.Maqnussen çətin günlərindən danışıb

Haas komandasının sürücüsü Kevin Maqnussen bildirib ki, Formula1 onu uşaqlıqdan cəlb edib.

F-1.az bildirir ki, danimarkalı sürücü kiçik yaşda Formula1 karyerasına başlasa da, daha sonra dəmir zavodunda qaynaqçı işləməli olub. Daha sonra özünə sponsor tapan Kevin avtoidmanda önəmli addımlar ataraq, Formula1-ə yüksəlib.

Kevin Maqnussen: “Kiçik yaşda kartinqə başladım və daha sonra zavodda işləməli oldum. Avtoidmanı orada işləyəndən sonra daha çox sevdim. Bundan başqa zavodda işləməyin pis şey olmadığını başa düşdüm. Sevirsinizsə, işdən həzz ala bilərsiniz. Amma avtoidman həmişə məni cəlb edib. O vaxt Renault 2.0 seriyasında yarışmaq üçün danimarkalı bir sponsoru razı sala bildik. Beləliklə, xəyallarım reallaşdı və qısa müddtədən sonra McLaren-in gənc sürücü proqramına daxil oldum”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*