18 Dekabr 2018, Çərşənbə axşamı - 15:55

F.Vassyör: “Sıralanma tempimizi gücləndirməliyik”

F.Vassyör: “Sıralanma tempimizi gücləndirməliyik”

Müəllif: Rauf Hacıyev, redaktor

07:50 - 31 Mart, 2016

Renault komandasının idman direktoru Frederik Vassyör bildirib ki, əgər onlar hər yarış xal qazanmaq istəyirlərsə, sıralanma turu templərini düzəltməlidirlər.

F-1.az xatırladır ki, Renault komandası Avstraliyada sıralanma turunda 14 və 15-ci yerləri tutsalar da, yarışı 11 və 12-ci yerlərdə bitiriblər.

Frederik Vassyör: “Başlanğıcdan razı qala bilərik. Yaxşı performans göstərdik və iki bolidlə də yarışı bitirə bildik. Kevinin tempi yarışın sonlarında əla idi və Palmer yarışın 75 faizini ilk onluqda gedirdi.

Biz yarış tempimizin Force İndia komandası ilə eyni olacağını gözləmirdik, ona görə də aldığımız nəticəyə görə məmnunuq. Ancaq sıralanma turu tempimizi inkişaf etdirməliyik.

Ümumilikdə isə, xal qazana bilmədiyimiz yarışdan razı qala bilmərəm, ona görə də inkişaf etməliyik. Biz bilirik ki, hələ çox iş görməliyik.

Bütün göstəricilər bizə ümid verir və növbəti yarışda xal almaq üçün əlimizdən gələni edəcəyik.

Biz bilirik ki, mühərriyin üzərində çox işləməliyik. Şassi gücünə görə harada olduğumuzu bilirik.

Biz bir sahəyə fokuslanmırıq. Hər sahədə inkişaf etməliyik. Vəziyyətdən xəbərdarıq və pilotlar da daxil olmaqla, komandadakı hər kəs əlindən gələni edir. Bu vəziyyət bizim üçün çox rahatdır”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 429
Teqlər , ,
Paylaş

logo