Komandalar və FİA motorlar barədə razılığa gəliblər

Çempionatın komandaları və FİA-nın texniki işçi qrupu 2013-cü ildən Formula1-də qüvvəyə minəcək yeni motor reqlamenti barədə razılıq əldə ediblər… Bu […]

Çempionatın komandaları və FİA-nın texniki işçi qrupu 2013-cü ildən Formula1-də qüvvəyə minəcək yeni motor reqlamenti barədə razılıq əldə ediblər…

Bu razılıq dekabrın 10-da FİA-nın Ümumdünya Şurasının iclasında təsdiq olunmalıdır, amma qeyri-rsəmi məlumatlara görə, federasiyanın təklifi qəbul olunacaq – kinetik enerjinin rekuperasiyası və yanacaq sərfinə nəzarət sistemlərindən istifadə edən 1.6 litrlik dördsilindirli turbomotorlar.

Mercedes GP və Ferrari komandaları qaydaların radikal dəyişməsi zamanı məsrəflərin artmasını əsas gətirərək reqlamentin öz variantlarını təklif ediblər, amma bu gün Ferrari-nin nümayəndələri jurnalistlərə bildiriblər ki, reqlament barədə razılıq əldə olunub və FİA bu barədə Ümumdünya Şurasının iclasında elan edəcək.

FİA-nın nümayəndələri hələlik şərh verməkdən boyun qaçırırlar…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*