Ferrari və McLaren-in qazburaxma sistemi leqal elan olunub

Mövsümöncəsi testlərin Xeresdəki birinci seriyası günlərində bəzi komandaların maşınlarında, xüsusən də McLaren MP4-27 və Ferrari F2012 maşınlarında quraşdırılmış qazburaxma sistemləri […]

Mövsümöncəsi testlərin Xeresdəki birinci seriyası günlərində bəzi komandaların maşınlarında, xüsusən də McLaren MP4-27 və Ferrari F2012 maşınlarında quraşdırılmış qazburaxma sistemləri hamının diqqətini və marağını cəlb edib – FİA-nın ekspertləri də kənarda qalmayıblar. Amma Xeresdə hər iki maşının bu texniki elementi federasiyanın texniki nümayəndəsi Çarli Uaytinqin icazəsini alıb.

Britaniyanın Sky Sports telekanalı öz mənbələrinə əsaslanaraq bildirib ki, Uaytinq bu qazburaxma sistemlərini 2012-ci ilin texniki reqlamentinə münasib sayıb.

Xeres testlərində işləyən Sky Sports-un müxbiri Ted Krəvits aşağıdakıları bildirib: “Pit-leyndə əldə etdiyim məlumata görə, FİA-nın yarış direktoru Çarli Uaytinq komandalara elan edib ki, Ferrari və McLaren-in qazburaxma sistemlərini leqal sayır.

Bu iki komandanın maşınlarında qazburaxma sistemlərinin boruları xüsusi kanallarla təchiz olunub, bu kanallarla işlənmiş qazlar xüsusi sahələrə yönəldilir, bununla da əlavə aerodinamik effekt əldə olunur – bu isə əslən yeni reqlamentə uyğun deyil. Amma buna baxmayaraq, elə təəssrüat yaranır ki, Uaytinq bu elementləri qaydalara uyğun hesab edib.

Digər komandalar bu qərarla razılaşıblar, deməli, onlaar da yaşıl işıq göstərilib və tezliklə onlar da özlərinin ekzotik qazburaxma sistemlərini göstərəcəklər.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*