S.Peres: Bəxtim gətirmədi

Force İndia komandasının sürücüsü Serxio Peres bildirib ki, son cəhdində bəxti gətirməyib.

F-1.az xatırladır ki, meksikalı sürücü son cəhddən əvvəl birinci yerdə olsa da, sonda üçüncülüklə barışmalı olub.

Serxio Peres: “Komanda üçün əla nəticədir. Bunu gözləmirdik. İndi isə xoşbəxtik. Son cəhdimdə bəxtim gətirmədi. Covinatsi önümə çıxdı və çəkilmədi. Buna görə də dövrəm əldən getdi.

Komanda əla işlədi. Sessiya başlayandan güclü idik. Bu gün təkərləri normal temperaturda tutmaq vacib idi. Üçüncü yer ikinci yerdən yaxşıdır. Sabah düzülüşdəki yerlər vacib olacaq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*