Komandalar testləri bir gün uzatmaq istəyirlər?

Bu günlərdə Formula1 komandalarının testlər keçirdikləri İspaniyanın cənubunda hava yağışlı keçir və yaxın hünlərə hava proqnozu nikbin deyil. Yalnız şənbə […]

Bu günlərdə Formula1 komandalarının testlər keçirdikləri İspaniyanın cənubunda hava yağışlı keçir və yaxın hünlərə hava proqnozu nikbin deyil. Yalnız şənbə günü – seriyanın son günü tam quru havada keçə bilər.

Komandalar narahat olmağa başlayıblar, çünki bu cür hava mövsümə planauyğun hazırlaşmağa imkan vermir. Hollandiyanın F1Today.nl saytının verdiyi xəbərə görə, Xeresdə komandalar müzakirəyə başlayıblar: komandaların rəhbərləri gələn həftə Barselona testlərini bir gün uzatmağın mümkünlüyünü müzakirə edirlər. Logistika baxımından belə bir gün çərşənbə ola bilər, amma hələ məlum deyil ki, bütün komandalar buna razı olacaqlar…

Pedro de la Rosa (Sauber): “Mən əlavə test gününə çox sevinərdim, axı quru asfaltda maşını test etmək hamıya vacibdir. Mən tərəddüd edirəm ki, bu belə də olacaq, axı bütün komandaların razılığı lazımdır. Balaca komandalar var ki, onların testlərdə bir gün qalması ciddi maliyyə itkisidir, onların büdcəsi çox kiçikdir. Amma yaxın günlərdə nəsə qərar qəbul etmək lazımdır.”

Barselona avtodromunun nümayəndəsi də öz fikrini bildrib: “Bizim artıq xəbərimiz var, amma hələlik rəsmən bizə heç kim müraciət etməyib. Lakin martın 1-dən trası başqa seriyalar tutacaq, ona görə də yeganə imkan – testləri fevralın 25-dən deyil, 24-dən başlamaqdır. Məhz həmin gün trasda Red Bull komandasının reklam çarxı çəkiləcək.”

İstənilən halda əlavə test günü qazanamq üçün bütün komandaların razılığı lazımdır, o cümlədən US F1 və Campos komandalarının da. Əlbəttə, Red Bull komandası da bunun əleyhinə olmamalıdır…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*