Komandalar FİA-ya cavab veriblər və sabah danışıqlara toplaşacaql

Dünən axşam FİA prezidenti FOTA üzvlərinə təklif edib ki, heç bir şərt irəli sürmədən gələn mövsüm çempionatda iştirak etmək üçün […]

Dünən axşam FİA prezidenti FOTA üzvlərinə təklif edib ki, heç bir şərt irəli sürmədən gələn mövsüm çempionatda iştirak etmək üçün ərizə versinlər, yalnız bundan sonra onlar reqlamentə dəyişiklikləri müzakirə edə bilərlər. Mosli bu günün sonuna kimi federasiyanın Parisdəki ofisinə şərtsiz ərizələrin verilməsini tələb edirdi. Amam bir qədər əvvəl məlum olub ki, FOTA məktubla cavab verib, məktubun mətni açıqlanmasa da, sabah komandalar yenidən danışıqlara toplaşacaqlar…

FİA-nın nümayəndəsi məktubun alınmasını təsdiq edib: “Federasiya FOTA-dan məktub və bir neçə yeni təklif alıb, onların məzmununu neqativ adlandırmaq olmaz. İndi biz təfərrüatları öyrənirik.”

Vəziyyətin inkişaf varinatlarını nəzərdən keçirən Britaniyanın BBC agentliyi bildirir ki, cümə gününə kimi FOTA-nın səkkiz üzvü çox güman ki, şərtsiz ərizə verəcək…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*